Cəlilabad rayonunda yol qəzası baş verib.
 
RePost.Az-ın məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, TIR markalı yük avtomobili Yol Patrul Xidməti avtomobilinə çırpılıb.
 
Hadisə nəticəsində polis əməkdaşı ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3637 | Tarix: 09.07.2021
Bizi Telegramda izləyin: @repostaz