Aprelin 5-də Məşhəd şəhərində iki mollanı öldürən şəxs SEPAH terror təşkilatının  “Qüds” qüvvələrinin keçmiş başçısı Qasım Süleymaninin silahdaşı olub.
 
RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki, bu barədə İrana müxalif təşkilatların media qruplarında məlumat yayılıb. 
 
Məlumatda hücumçunun Qasım Süleymani ilə çəkdirdiyi foto yayılıb.
 
Onun İranın İnqilab Keşikçiləri Korpusuna bağlı və əfqanistanlılardan ibarət “Fatimiyyun” biriqadasının üzvü olduğu qeyd olunub.
 
“Fatimiyyun” biriqadası Əfqanistan vətəndaşlarından ibarət radikal terrorçulardan təşkil tapıb və İran hökuməti onlardan ölkə içərisindəki etirazları yatırmaq, müxtəlif ölkələrdə terror aktları törətmək üçün istifadə edir.
 
Hazırda adı çəkilən biriqadanın silahlıları Suriyada Bəşar Əsəd hökumətinə müxalif qüvvələrə qarşı döyüşürlər. 
 
Qeyd edək ki, aprelin 5-də İranın Məşhəd şəhərində yerləşən İmam Rza məqbərəsində bıçaqlı şəxs üç gənc mollaya hücum edib.
 
Mollalardan biri hadisə yerində keçinsədə, ikinci molla xəstəxanada tələf olub.
 
İran mediası və rəsmiləri hücumçu barəsində müxtəlif iddialar irəli sürüb. onun radikal sünni dini cərəyana bağlı olduğunu iddia ediblər.
 
Bununla yanaşı İran mediası hücumçunun kimliyi və yaşı barədə zidiyyətli və fərqli məlumat yayıblar.

Baxış sayı: 445 | Tarix: 09.04.2022
Bizi Telegramda izləyin: @repostaz