Qəlibçinin yeni tikilən binadan yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır.
 
Bu barədə Xətai rayon prokurorluğundan məlumat verilib.
 
Bildirilir ki, avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
 
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Baxış sayı: 3428 | Tarix: 19.08.2022
Bizi Telegramda izləyin: @repostaz