Bakıda qətl törədilib. RePost.Az xəbər verir ki, Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb.
 
Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.
 
Hadisəni törədən Ə. Quliyev saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 
 
RePost.Az

Baxış sayı: 2554 | Tarix: 24.03.2017
Bizi Telegramda izləyin: @repostaz