Ermənistan KTMT PA-nın "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə spiker Alen Simonyanın mətbuat katibi Nelli Qulyan deyib.
O, Ermənistanın təşkilatda iştirakının dondurulması səbəbindən bəyanata qoşulmadığını deyib.
Qulyan vurğulayıb ki, üzvlükdən imtina yalnız KTMT faktoru ilə bağlıdır: “Parlamentin spikeri öz Telegram kanalında başsağlığı verib, spiker müavini isə Cenevrədəki çıxışında terror aktını pisləyib”.