Bu ilin 11 ayı ərzində Azərbaycanda doğulan uşaqlara daha çox Yusif (3184) adı verilib.
 
RePost.az-ın məlumatına görə, “Report” Ədliyyə nazirliyinə istinadən xəbər veri ki, bu il ərzində doğulan körpələrə verilən adlar arasında Zəhra (2809), Nuray (2029), Hüseyn (2200), Fatimə (1790), Əli (2063), Aylin (1564), Zeynəb (1745), Ömər (1640), Məryəm (1469), Ayan (1276), Məhəmməd (1339) adları üstünlük təşkil edib.
 
Bundan başqa, uşaqlara çox verilən adlar arasında Murad (1232), Mələk (1301), Tunar (1225), Uğur (1141), Dəniz (1055), Xədicə (964), Ayxan (1128), Mədinə (1203), Gülay (916), Leyla (909), İbrahim (859), Fidan (775), Damla (598) kimi adlar da yer alıb.
 
Qeyd edək ki, son beş ildə Azərbaycanda doğulan körpələrə daha çox Yusif (19 min 940), Zəhra (18 min 935), Nuray (14 min 267), Hüseyn (13 min 726), Fatimə (13 min 450), Əli (13 min 425), Aylin (9333), Zeynəb (9251), Ömər (8940), Ayan (8929), Məhəmməd (8574) kimi adlar verilib.  
 
RePost.az
 

Baxış sayı: 3181 | Tarix: 10.12.2016
Bizi Telegramda izləyin: @repostaz