Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məlum olub.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
 
Qəzada həyatını itirənlərin hamısı Maliyyə-İqtisad Kollecinin tələbələri və İmişli rayon sakinləridir.
 
 
***
15:22
 
Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərdən dördü tələbədir.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilir. Onlar hamısı İmişli rayon sakinidir.
 
Hələlik ölənlərdən yalnız ikisinin kimliyini öyrənmək mümkün olub. Bu, Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan  Müşfiq oğludur.
 
Ə. Əmiraslanlı avtomobilin sürücüsü olub.
 
Hazırda meyitlər Şirvan şəhər morqunda müayinə olunur.
 
***
 
Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.  
 
“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
 
Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.
 
RePost.Az

Baxış sayı: 3048 | Tarix: 20.05.2017
Bizi Telegramda izləyin: @repostaz