Bu gün səhər saatlarında Oğuz rayonu ərazisində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən RePost.Az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 10:15-də qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4.5, dərinliyi 9km olub.


Baxış sayı: 2915 | Tarix: 02.06.2017
Bizi Telegramda izləyin: @repostaz