22 yaşlı Xanım Quliyeva 3 yaşlı oğlu ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
RePost.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, valideynləri bir həftədən çoxdur ki, qızlarından və nəvələrindən xəbər ala bilmirlər.
 
Anasının sözlərinə görə, qızının ailəsi ilə bağlı problemləri olub. Hətta həyat yoldaşı qaçmamışdan bir neçə gün öncə onu atası evinə gətirib və boşanacaqlarını bildirib.
 
Səlimə Babazadənin sözlərinə görə, qızının evləndiyi gündən güzəranı olmayıb, daim söz-söhbətlər, zorakılıq, Xanımın belə addım atmasına gətirib çıxarıb.
 
Hətta qız evdən çıxarkən pul və paltar da götürməyib. Uşağını bağçaya aparıb, oradan da çıxıb gedib.
 
Qadının sözlərinə görə, qızı heç vaxt tək başına heç yerə getməyib və yaxın rəfiqəsi belə yoxdur. İndi isə birdən-birə belə yoxa çıxması onları qorxuya salıb.
 
Qeyd edək ki, Xanım Quliyeva və 3 yaşlı oğlunun axtarışları Xəzər rayon polis idarəsində davam edir.
 
RePost.Az

Baxış sayı: 3143 | Tarix: 20.07.2017
Bizi Telegramda izləyin: @repostaz