Bakının Xəzər rayonunda ana gənc qızını bıçaqlayıb.
 
RePost.Az Report xəbər verir ki, Qala qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Həmidova Cəmalə Nizami qızı yaşadığı evdə anası ilə mübahisə edib.
 
Nəticədə o, anası tərəfindən bıçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
 
Hadisənin dəqiq səbəbləri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılacaq araşdırmalardan sonra məlum olacaq.
 
RePost.Az

Baxış sayı: 2779