Lənkəran sakini Bakıda itkin düşüb.

RePost.Az apa-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb.

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.


Baxış sayı: 2554 | Tarix: 28.08.2017
Bizi Telegramda izləyin: @repostaz