İraqın şimalında kürdlərin keçirdiyi “müstəqillik” referendumu Cənubi Azərbaycan türklərinin hiddətinə səbəb olub. 
 
RePost.Az xəbər verir ki, radikal kürdlərin bu addımı Cənubi Azərbaycanda yerli sakinlərin kürdlərlə məişət əlaqələrinə də təsir edib. Hətta kürd səyyar satıcılardan belə alış-veriş etməkdən imtina ediblər. Bununla bağlı sosial şəbəkədə video da yayımlanıb. Videoda Təbriz şəhərində səyyar ticarətlə məşğul olan gənc kürd Türk qadının israrlı tələbi ilə avtobusdan düşməyə məcbur olur.  “Lazım olsa o malları öz həmşəhərlilərimizdən, təbrizlilərdən alarıq, daha kürddən niyə alırıq ki, sən get bunları Kürdistanda sat”, - deyə qadın kürdlərin seperatçılığına etiraz edib. 
 
Qadın, kənardan kürd gənci “sadəcə çörəkpulu qazanır”,- deyə müdafiə edənlərə də tutarlı cavab verir: “Bunlar çörək qaznmırlar, çörəyə iddia edirlər. Urmiyəyə iddia edirlər. Get, bura kürdistan deyil, Azərbaycandır”, - deyə qadın kürdü avtobusdan düşməyə məcbur edir.
 
RePost.Az


Baxış sayı: 4165