İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Güney Azərbaycanın Urmiya şəhərində daşınmaz əmlak alıb.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin yerli mətbuatı məlumat yayıb. Onun Urmiyada 11 ev, 1 böyük ticarət mərkəzi və 1 otel-restoran aldığı bildirilib. Daşınmaz əmlakın başqa bir şəxsin adına alındığı vurğulanıb.
 
Bəzi mənbələr isə kürd lider tərəfindən alınan evlərdə silah-sursat saxlanıldığını bildirir.
 
Qeyd edək ki, kürd terror qruplaşmaları və radikal kürd qüvvələrinin Güney Azərbaycanın qərb bölgəsinə ərazi iddiaları var.
 
RePost.Az

Baxış sayı: 3276 | Tarix: 29.09.2017
Bizi Telegramda izləyin: @repostaz