Təbrizdə toyuğun satış qiymətinə etiraz edən iş adamları, kütləvi etiraz aksiyası keçiriblər.

 

RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki, aksiya Təbriz icra hakimiyyətinin binasının önündə baş tutub. Öz maşınları ilə aksiyaya qatılan fermerlər, toyuğun satış qiymətinə yenidən baxılmasını tələb ediblər. Onlar toyuğun satışında 1 faiz qazanc qarşılığında 10 faiz vergi tutulmasını ədalətsizlik hesab edirlər. Etirazçılar Şərqi Azərbaycan valisini toyuq fermalarına dəstək verməyə çağırıblar.

RePost.Az


Baxış sayı: 3029 | Tarix: 09.10.2017
Bizi Telegramda izləyin: @repostaz