Tanınmış azərbaycanlı müğənni Mənzurə Musayeva bu gün qızı Çinarəyə toy edir.
 
RePost.Az lent.az-a istinadən bildirir ki, paytaxt məkanlarının birində keçirilən toya şou-biznesin bir çox tanınmış simaları qatılıb. Onlar sırasında əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Nazənin, Manaf Ağayev, Səyyad Əlizadə, Mətanət Əsədova, İbrahim Borçalı, Rövşən Məmmədov aparıcı-aktyor Sərxan Kərəmoğlu, aşıq Zülfiyyə, prodüser Pərviz Fəqan və başqaları olub.
 
Qeyd edək ki, M.Musayeva Çinarəni övladlığa götürüb. O, qardaşı qızına analıq edir.
 
RePost.Az

Baxış sayı: 3637 | Tarix: 18.12.2017
Bizi Telegramda izləyin: @repostaz