Bu gün qəfil vəfat edən keçmiş teleaparıcı, Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri, aktyor Kamran İsrafilovun "Facebook"da yazdığı son status marağa səbəb olub.
 
39 yaşlı aktyorun 2 gün əvvəl sosial şəbəkədə ibrətamiz və düşündürücü fikir paylaşıbmış. O yazıb: "Əziz dostlar! Biri var idi, biri yox idi. Bir Kəs və bir Nakəs var idi. Kəs gözəl əməllərlə tanınırdı. Nakəs isə babaykalıq edib, pislik yayardı. Bir gün Nakəs dözməyib, Kəsə yaxınlaşdı. Sual etdi ki, bəs necə edirsən, səni sevirlər? Kəs məsləhət verdi ki, sevgi ilə danışıram, sevgi ilə yaşayıram. Sən də et. Mütləq alınacaq! Nakəs düşündü. Elə bu vaxt yağış yağmağa başladı..."
 
Qeyd edək ki, Kamran İsrafilov bu gün Mərdəkanda dəfn olunacaq.
 
RePost.Az

Baxış sayı: 2449