Bakı Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib.
 
Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, hadisə "Koroğlu” parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib.
 
Faktı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı məlumat veriləcək.
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 01.03.2018
Bizi Telegramda izləyin: @repostaz