Bakının Məhəmmədi kəndində görməyə alışmadığımız quş növü aşkarlanıb.
 
RePost.Az milli.az-a istinadən xəbər verir ki, uzun boğazına rəğmən kiçik bədən ölçüsü, uzun ayaqları və iri caynaqları ilə görənləri təəccübləndirən bu quş kənd sakinlərindən birinin həyətində peyda olub.
 
Araşdırmamız zamanı bu canlının Azərbaycanda cəmi 1 növü olan kiçik danquşcuq olduğu məlum olub.
 
Qanadının biri qırıq olan kiçik danquşcuq ona yardım etmək istəyən sakinlərdən birinin əlinə xəsarət yetirib.
 
Özünü müdafiə etmək üçün uzun boğazını irəli uzadaraq iti dimdiyindən istifadə edən həmin quşun fotolarını təqdim edirik:
 
RePost.Az

Baxış sayı: 3504 | Tarix: 04.05.2018
Bizi Telegramda izləyin: @repostaz