Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.
 
RePost.Az   APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.
 
Belə ki, sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub. Avtobusda Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri olub. Onlar Bakıya ekskursiyaya gəlirlərmiş Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Xəsarət alanlar Hacıqabul, Şirvan və Ələtdəki xəstəxanalara çatdırılıb. 
 
RePost.Az
 

Baxış sayı: 4416 | Tarix: 01.06.2018
Bizi Telegramda izləyin: @repostaz