Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
 
Nazirliyin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib ki, nazirin müvafiq əmri ilə bu vəzifəyə telejurnalist Pərviz Abubəkirov təyin edilib.
 
O, bu gündən fəaliyyətə başlayıb. 
 
Qeyd edək ki, P.Abubəkirov əvvəllər ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.
 
RePost.Az

Baxış sayı: 2820 | Tarix: 02.07.2018
Bizi Telegramda izləyin: @repostaz