Güney Azərbaycanda gənclər sosial şəbəkədə yeni kampaniya başladıblar. 
 
RePost.Az-ın məlumatına görə, gənclər güneyli müğənni Əlireza Şərifzadənin ”Səni deyirlər” mahnısının sədaları altında rəqs edirlər. Gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, eyni zamanda İran molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edirlər. Qısa zamanda social şəbəkədə papulyarlıq qazanan üsyana minlərlə insan qoşulub. Onlar şəhərin müxtəlif yerlərində, evdə “Səni deyirlər” mahnısınının sədaları ilə milli rəqs edib sosial şəbəkədə paylaşırlar. 
 
Qeyd edək ki, İranda şəriətə görə, rəqs etmək və mahnı oxumaq haram hesab olunur. 
 
RePost.Az
 


Baxış sayı: 3694 | Tarix: 04.09.2018
Bizi Telegramda izləyin: @repostaz