Şəmkirin Aşağı Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov işdən çıxarılıb.
 
Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bu barədə az öncə qərar verilib.
 
Bildirilir ki, Namazov mətbuata verdiyi açıqlamalarda rayon təhsil şöbəsi, hüquq-mühafizə orqanları barədə ağır ittihamlar səsləndirib.
 
Məktəbdə laborant işləmiş Xatirə Əliyevanın isə təhsil şöbəsinin işçiləri ilə yaxın münasibətlərinin (direktor bu münasibəti oynaşlıq adlandırmışdı-red.) olduğunu bildirib.
 
Məhz bu açıqlamalardan sonra onunla olan müqaviləyə xitam verilib.
 

Baxış sayı: 2858 | Tarix: 12.01.2017
Bizi Telegramda izləyin: @repostaz