Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.
 
RePost.Az FHN-ə istinadla xəbər verir ki, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub. 
 
Nazir xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib. 
 
K.Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb:
 
"Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hospitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb-qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək".
 
RePost.Az
 

Baxış sayı: 2288 | Tarix: 20.11.2018
Bizi Telegramda izləyin: @repostaz