"Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcəklər". 
 
RePost.Az xəbər verir ki, bu barədə "Report"a fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib.
 
E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: 
 
"Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".
 
Xatırladaq ki, Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.
 
Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib. 
 
RePost.Az


Baxış sayı: 2155 | Tarix: 20.11.2018
Bizi Telegramda izləyin: @repostaz