Rusiya Federasiyasında (RF) qəsdən adam öldürməyə görə axtarışa verilən şəxs Azərbaycanda tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, RF-nın Sankt-Perterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
 
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əsgərov tutulub.
 
Faktla bağlı araşdırmalara başalanılıb.
 
RePost.Az

Baxış sayı: 3979 | Tarix: 13.01.2017
Bizi Telegramda izləyin: @repostaz