Bakının Binəqədi rayonunda avtomobil dayanacağında “Gelandewagen” markalı maşın 12 avtomobili əzib.
 
RePost.Az-ın məlumatına görə, hadisə 6-cı mikrorayon, Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında qeydə alınıb.
 
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.
 
Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2098 | Tarix: 02.05.2019
Bizi Telegramda izləyin: @repostaz