Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.
 
Qafqazinfo xəbər verir ki, Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusun idarəetməsini itirərək aşırıb.
 
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Baxış sayı: 2383 | Tarix: 06.05.2019
Bizi Telegramda izləyin: @repostaz