Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşı mayın 8-də səhər saatlarında qurumun binasının qarşısında qətlə yetirilib.
 
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Cinayətin qurbanı Sumqayıtda 10-cu mikrorayonda yaşayan 35 yaşlı Kərimov Emin Vəli oğludur.
 
Qətli törədən şəxsin kimliyi də məlumdur – 2-ci mikrorayon sakini Şəmsəddin İbrahimov.
 
Sonuncu Emin Kərimovu işdən sonra izləyib və bıçaqla ona hücum edib. Kərimov hadisə yerində ölüb.
 
İbrahimov hadisədən sonra könüllü polisə təslim olub. 
 
İlkin məlumata görə, qətl namus üstündə törədilib.
 
Faktla bağlı cinayət işi açılıb.

Baxış sayı: 2014