Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 3-cü məhkəmə iclası keçirilib.
 
Fəal iyunun 16-da keçirilən məhkəmə prosesində özünü və Güney Azərbaycan Milli Hərəkatını müdafiə edib, o məhkəmənin irəli sürdüyü bütün ittihamların əsassız və hüquqi cəhətdən etibarsız olduğunu bildirib. Məhkəmə Ettelaat İdarəsinin raportları və dosyenin böyük olduğunu nəzərə alaraq prosesi gələcək günlərə təxirə salıb, məhkəmə iclası ilə bağlı fəala çağırış vərəqəsi göndəriləcək.
 
Qeyd edək ki, iyunun 15-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübariz fəalı Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib. Lisani ailəsi ilə birlikdə məhkəməyə gedən bir çox mədəni fəal iclasın sonunda ona aclıq eyləminin dayandırması ilə bağlı ümumi tələb olduğunu çatdırıblar. Bundan sonra Abbas Lisani eyləmini şərti olaraq dayandırıb. O bildirib ki, əgər məhkəmə prosesi qanuna uyğun və ədalətli şəkildə aparılmasa, yenidən aclığa başlayacaq və proses düzgün aparılmayana qədər eyləmini davam etdirəcək.
 
Yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan fəal Ərdəbilə aparılıb. O, 5 aydan çoxdur ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
 

Baxış sayı: 988