Avqustun 25-də axşam saat 19 radılərində Heydər Əliyev prospektində jurnalist Zülfüqar Xeyirxəbərin qarşısını kəsərək xəsarət yetirən Seymur Mustafazadənin dünən məhkəmə prosesi olub. 
 
RePost.Az xəbər verir ki. barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xəzər rayon məhkəməsinə çıxarılan şübhəlinin mıəhkəmə prosesi təxirə salınıb. Bu barədə sosial şəbəkədə zərərçəkən jurnalist məlumat yayıb:
 
"Dostlar, mənə qarşı xuliqanlıq edərək xəsarət yetirən şəxsin dünən məhkəmə prosesi olub. Barəsində qətimkan tədbiri seçilməli idi. Seçilməyib. Məhkəmə prosesi bu günə təxirə salınıb. Aldığım məlumata görə qohum əqrabası rüşvət təklif edib. Əvvəl mənə təklif olundu. Təklif etdilər ki, həbs qətimkan tədbiri seçilməməsi üçün şikayətimi geri götürüm. İstədiyim məbləği verməyə hazır idilər. İmtina elədim. Çünki bu insan xulqiandı, cəmiyyət üçün təhlükəli biridir. Bu hadisə bunun ilk əməli olmadığını daha əvvəl yaymışdıq. Ötən il martın 20-də narkotikanın təsiri altında Heydər Əliyev prospektinə "protiv" girərək qarşısına keçən maşınların sürücülərini söyüb, təhqir edib. Cəzasız qalıb. Ona görə də əməllini daha betər davam etrib.
 
Müstəntiq bunu nəzərə almır. Deyir bu işin o işə aidiyyatı yoxdu. Mən məhkəmədə iştirak etmək istəyirəm, bu adamın nə qədər təhlükəli olduğunu sübut etmək üçün hakimə faktlar təqdim etmək istəyirəm, vaxtı gizlədirlər. Bu nə deməkduir, Sizcə!? Mətbuat Şurası - Aflatun Amashov bu işi nəzarətə götürdüyün deyib. Xahiş edirəm maraqlansın, Bu cinayətkar barəsində mütləq həbs-qətimkan tədbiri seçilməlidir. Zatən Prezidentə də açıq məktubla müraciət edəcəm. Mən hansı yolla olur olsun o insanın cəzalandırılmasına nail olacam. 
 
Həmkarlarımdan da xahiş edirəm bu işdə mənə dəstək olun".
 
Xatırladaq ki, avqustun 25-də saat 19 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərovun idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
 
İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
 
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib.
 
İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Z.Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 
S.Mustafazadə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
 
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
 

Baxış sayı: 2060 | Tarix: 29.08.2019
Bizi Telegramda izləyin: @repostaz