Lənkəranda müharibənin ağır nümunlərindən biri yaşanıb. Avtosfer.az azpost.info-ya istinadən bildirir ki, Qarabağ uğrunda müharibədə döyüşən Vəliəhəd Vəliyevin iki ay əvvəl Şəhid olduğu barədə məlumat açıqlanıb. Şəhidin nəşi oktyabrın 30-da yaşadığı Lənkərana gətirilərək dəfn olunmuşdu.
Bir müddət sonra V.Vəliyevin sağ olması barədə sosial şəbəkədə məlumatlar yayılıb. Bu barədə yayılan məlumatları Şəhidin atası Şakir Vəliyev nə təkzib, nə də təsdiq edə bilmişdi.
İndi isə oğlunun sağ olduğu məlum olub.
Dünən erməni əsirliyindən və girovluğundan azad edilərək dekabrın 14-də Vətənə gətirilən 14 nəfərin siyahısında V.Vəliyevin də adı var. O hərbi əsir kimi Ermənistanda saxlanılıb.
Dünən ümumilikdə 14 nəfər əsir və girovluqdan azad edilib.
V.Vəliyevin adı ilə dəfn edilən Şəhidin kimliyi yəqin araşdırılacaq.