Ukraynadakı hərbi əməliyyatlar qrafik üzrə davam edir.
 
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 8 Mart - Beynəlxalq Qadınlar günü öncəsi qadın pilotlarla görüşdə bildirib.
 
“Ukraynanın hərbi infrastrukturunun məhv edilməsi başa çatmaq üzrədir. Ukraynada xüsusi əməliyyat zamanı Hava Hücumundan Müdafiə Sistemləri tam məhv edilib”, - Rusiya lideri vurğulayıb.
 
O, əməliyyatın Baş Qərargahın təsdiq etdiyi plan üzrə getdiyini və Ukraynada olan Rusiya hərbi qüvvələrinin gücü ilə əməliyyatı başa çatdıracaqlarını deyib.
 
Putin ölkədə hərbi vəziyyət elan olunmayacağını da əlavə edib.

Baxış sayı: 3219 | Tarix: 05.03.2022
Bizi Telegramda izləyin: @repostaz