Ukrayna prezidenti Volodimir Zelenski ölkənin NATO-ya daxil olması məsələsinə marağını itirdiyini deyib.
O, bu barədə Amerikanın ABC telekanalına müsahibəsində söyləyib.
Həmin müsahibədə o, Krımın Rusiyanın bir hissəsi, "DXR" və "LXR"-in isə müstəqil respublika kimi tanınması məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib.
V. Zelenski NATO-nun Rusiya ilə qarşıdurmadan çəkindiyini də qeyd edib.