Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.
 
Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Baxış sayı: 6183 | Tarix: 29.10.2022
Bizi Telegramda izləyin: @repostaz