Bakıda polisə tabe olmayan sürücü təhlükəli vəziyyət yaradıb.
RePoat.Az xəbər verir ki, 99 ED 717 dövlət nömrə nişanlı "Volkswagen Touareg" markalı avtomobili bir neçə kilometr əks yolda arxa-arxaya idarə edən sürücü polisin saxla əmrinə tabe olmayaraq bir neçə avtomobili əzib.
Daxili İşlər Nazilyinin açıqlmasına görə, avtomobili idarəı edən 20 yaşlı tələbə olub. Amma maraqlıdır ki, DİN onun şəxsiyyətini açıqlamayıb. Bu da ictimaiyyət arasında haqlı narazılıqlara səbəb olub.
Avtomobili idarə edən şəxsin Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin tələbəsi olduğu bildirilir.
RePost.Az-ın əldə etdiyi məlumata görə, məlum avtomobilin iki sahibi var. Birinci sahibi Cabbarbəyli Rauf Fuad oğludur, ikinci sahibi isə Məmmədov Əhməd Fərman oğludur.
Avtomobili idarə edən şəxsin tələbə Rauf olduğu bildirilir.
Dünən Bakının mərkəzi yollarında 99-ED-717 dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.
Qafqazinfonun məlumatına görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında yüksək (238,7) bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb.
Məsələ ilə bağlı ADNSU-ya sorğu ünvanladıq. Universitetdən müraciətimizə belə cavab verildi:
“Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. Hər bir kurs üzrə smestr boyu kəsri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırkı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb”.
Avtosfer.az saytının yaydığı məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.