Daxili Qoşunların hərbi qulluqçusu Qurbanov Sərxan Nəriman oğlu xəstəlikdən vəfat edib.
 
DQ-nin Hacıqabulda yerləşən hərbi hissəsində xidmət edən əsgər, Xaçmaz rayonunun Qıraqlı kənd sakini, 2006-cı il təvəllüdlü Sərxan Qurbanov avqustun 14-də dünyasını dəyişib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
 
DİN hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Baxış sayı: 8976 | Tarix: 15.08.2024
Bizi Telegramda izləyin: @repostaz