Digər Xəbərlər
Azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan Məlikan şəhərinin Ettelaat İdarəsi tərəfindən saxlanılıb.
RePost.Az-ın məlumatına görə, “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri aprelin 9-da Ettelaat əməkdaşları tərəfindən yaxalanıb.
“Herana” agentliyi etibarlı bir mənbəyə istinadən bildirib ki, bundan əvvəl dəfələrlə Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən təhdid edilən fəal bazar ərtəsi saxlanılaraq Ettelaat İdarəsinin təcridxanasına aparılıb.
O saxlanılarkən döyülüb və baş nahiyyəsindən yaralanıb.
RePost.Az