Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib.
 
RePost.Az xəbər verir ki, bu barədə "Report"a teatrdan bildirilib.
 
Aktyor bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib.
 
Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.
 
Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
 
Allah rəhmət eləsin!

Baxış sayı: 6943 | Tarix: 21.04.2021
Bizi Telegramda izləyin: @repostaz