SSRİ, Ermənistan SSR və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platforması qoşulması haqqında bəyanat verib.
 
RePost.Az-ın məlumatına görə, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edilir. Amma bəyanatda diqqəti çəkən başqa bir məqam da var. O da ondan ibarətdir ki, Zeynəb Xanlarova hələ də Azərbaycan əlifbası ilə yazmağa bacarmamasıdır. Bəyanata imza atan Azərbaycanın xalq artisti kril əlifbasından istifadə edib. 
 
Qeyd edək ki, Zeynəb Xanlarova 1-4-cü çağırış Azərbaycan parlamentinə millət vəkili seçilib. Çox maraqlıdır ki, Azərbaycan dilini bilməyən insan orada müzakiə olunan layihələri necə oxuyub səsə verib. 
 
RePost.Az

Baxış sayı: 2934 | Tarix: 16.02.2017
Bizi Telegramda izləyin: @repostaz