Noyabrın 16-ı axşam saatlarında Təbrizdə baş tutan etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb. O, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.
 
Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıblar. Bədəninə armatur batan gənc qız hadisə yerindəcə həyatını itirib.
 
Əslən Şərqi Azərbaycan əyalətinin Məlik Kəndi (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma şəhərinə aparılmasına icazə verilməyib.
 
Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün basqı edilib. Buna rəğmən, xəbər ictimailəşib və yayılan bildirişlərə görə, bu gün Təbrizin Vadi Rəhmət qəbristanlığına dəfn mərasimi keçiriləcək.
 
Qeyd edək ki, noyabrın 16-dək İranda etirazlar başlayandan bəri öldürülənlərin sayı 362 nəfərə çatıb

Baxış sayı: 19255 | Tarix: 18.11.2022
Bizi Telegramda izləyin: @repostaz