Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında yerləşən "BAFCO İnvest" MMC-nin fəaliyyəti ilə tanış olublar.
"APA-Economics" xəbər verir ki, şirkət müxtəlif məqsədlər üçün ayaqqabı və çəkmələrin istehsalı ilə məşğul olur.
Bununla yanaşı, Parka səfər çərçivəsində hökumət başçılarına elektrik avadanlığı istehsal edən
“Eel Electric” MMC-nin işi və istehsal göstəriciləri ilə bağlı məlumat verilib.
Bundan əlavə, Ə.Əsədov və A.Turçin divar kağızları istehsal edən "Mister Decor” şirkətinda olublar və onun işi ilə tanış olublar.