2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında qəbul olunacaq. RePost.Az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 
 
“Sabah UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq”.
 
Qeyd edək ki, Çempionlar Liqasının final görüşü üçün BOS-un yeganə rəqibi İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionudur. Avropa Liqasında isə İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərində "Beşiktaş"a məxsus "Wodafone Arena" BOS-la birgə mübarizə aparır.
 
RePost.Az

Baxış sayı: 3238 | Tarix: 19.09.2017
Bizi Telegramda izləyin: @repostaz