2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. 
 
RePost.Az xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub. Qərara əsasən, Çempionlar Liqasının final görüşü İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionunda baş tutacaq. 
 
RePost.Az

Baxış sayı: 3238 | Tarix: 20.09.2017
Bizi Telegramda izləyin: @repostaz