Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək. 

RePost.Az xəbər verir ki, bu barədə Report-a qurumun I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd, təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.

M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.


Baxış sayı: 3390 | Tarix: 20.09.2017
Bizi Telegramda izləyin: @repostaz