Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsi yekunlaşıb.
 
RePost.Az xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan yığması III turda Almaniyanı sınağa çəkib.
 
İlk 2 görüşdə set vermədən qalib gələn Faiq Qarayevin yetirmələrinin bu dəfə də qalib gəlsə də, eyni uğuru təkrarlaya bilməyib. Komandamız Almaniyanı 3:1 hesabı ilə məğlub edərək məğlub olmadan 1/4 finala adlayıb.
 
Qeyd edək ki, Macarıstan artıq yarışla vidalaşıb. Polşa isə pley-offda rəqibini gözləyir.
 
Avro-2017
Qrup mərhələsi
25 sentyabr
A qrupu
III tur
 
Almaniya – Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)
Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

Baxış sayı: 3105 | Tarix: 25.09.2017
Bizi Telegramda izləyin: @repostaz